Afrinə girmək istəyən Əsədin ordusu niyə geri çəkildi? - "Kreml Ərdoğanın nəbzini yoxlamaq istədi və gördü ki..."

img

21-02-2018 [11:57]


"Suriya Prezidenti Bəşər Əsəd Moskvanın marionetkasıdır".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, bildirib ki, bunun təsdiqini  Rusiya prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik:

"Birincisi, o zaman Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Əsəd həmin bazaya gəlib onu qarşılamağa məcbur oldu. İkincisi, Putin mikrafona yaxınlaşıb, hərbçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq, Putindən aralı dayanmağı tələb etdi. Bunları nəyə görə xatırlayıram?

Fikrimcə, Afrində YPG-nin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı "dərin dövlət”ə aiddir. Kreml bununla Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ötəngünkü açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər. Amma Ərdoğanın "Afrində Əsədin qüvvələri olsa belə, şəhərə daxil olacağıq” ifadəsi Kremlin Əsədə "stop” əmri verməsi ilə nəticələndi. Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər".

Politoloq bildirib ki, Türkiyə bu bölgəyə uzun müddətə gəlib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR