21-02-2018 [11:37]
Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Strateji Yol Xəritələrin icrası ilə bağlı iclas keçirilib.
Mia.az xəbər verir ki, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda 6 dekabr 2016-cı il tarixində ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2017-ci ildə görülmüş və 2018-ci ildə görüləcək işlər geniş müzakirə edilib.
Bildirilib ki, 2017-ci ildə bank sektorunun sağlamlaşdırılması ilə bağlı əsaslı işlər görülüb, sektora yeni kapital investisiyaları daxil olub.
Belə ki, 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib. Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına investisiyaların cəmi 1.2mlrd.manat olub.
Bununla yanaşı, ölkə Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən"Azərbaycan Beynəlxalq Bankı” ASC-ninsağlamlaşdırılması prosesi yekun mərhələyə çatdırılıb. Bu çərçivədə, bankın problemli aktivləri "Aqrarkredit” QSC-ə ötürülüb, xarici borc öhdəliklərininrestrukturizasiyası prosesləri tamamlanıb.
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bank restrukturizasiyasının hüquqi çərçivəsinin formalaşdırılması işləri aparılıb. Bu istiqamətdə beynəlxalq təcrübə də nəzərə alınmaqla "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı yeni fəsil əlavə edilib.
Sığorta sektoru üzrə icbari avtomobil sığortası ilə bağlı İcbari Sığorta Bürosu tərəfindən tam avtomatlaşdırma təmin edilib. Sözügedən növ üzrə müqavilənin bağlanması mərhələsindən ödənişlərin həyata keçirilməsi, habelə nəzarətin aparılması mərhələsinədək bütün xidmətlər elektronlaşdırılıb. Bundan əlavə, sektorda yeni mikro, müştərək və kənd təsərrüfatı sığortasının tətbiqi ilə bağlı işlər görülüb.
2017-ci il ərzində maliyyə vasitəçiliyinin genişləndirilməsi məqsədi ilə maliyyə bazarları üzrə infrastrukturun gücləndirilməsi çərçivəsində ilk özəl kredit bürosu yaradılıb, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılması üzrə hüquqi, institusional və əməliyyat çərçivələr formalaşdırılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15sentyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu təsis edilib, 25 dekabr 2017-ci il tarixli Fərmanla isə İpoteka Fonduna birləşdirilərək "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
İclasda Palatanın Strateji Yol Xəritələrinin icrası ilə bağlı 2018-ci il üçün Əməliyyat Planı da müzakirə olunub.
Bu çərçivədə İ.Alışov tərəfindən işçi qruplarının rəhbərlərinə sığorta sektorunda yeni alətlərin tətbiqinin təşviq edilməsi və bütövlükdə sığorta sektorunun penetrasiyasınıngenişləndirilməsi, maliyyə bazarları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və Bazel II-ə keçidlə bağlı planın hazırlanması, yeni listinqprosedurlarınınmüəyyənləşdirilməsi, daşınar əmlakınyüklülüyünündövlət reyestrininfəaliyyətinin təmin edilməsi istiqamətində tapşırıqlar verilib.
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb