Ərdoğan Əsəd ordusunun Hələbdən Afrinə girmək istədiyini təsdiqlədi: "Qarşılığını alacaqlar"

img

20-02-2018 [20:57]


Prezident Ərdoğan bu gün axşamüstü Afrin bölgəsinə daxil olmağa çalışan Əsəd Ordusu ilə bağlı baş verən gərginliyə reaksiya verib.

Mia.az Star Tv-yə istinadən xəbər verir ki, o, 3-4 saat əvvəl tank, top və digər ağır silahlarla təmin edilmiş Suriya ordusu və Əsədə bağlı olan könüllü dəstələrin Hələbdən Afrinə doğru yola çıxdığını təsdiq edib:

"Bəli, axşamüstü 10-a yaxın texnika ilə belə bir cəhd olunub. Lakin anında cavab verilib və onlar geri çəkiliblər. Dünən biz bu məsələni qapatmışdıq. Lakin təəssüf ki. terror qruplarının bəzən hansı addımı atacağını bilmək olmur. Güman edirəm, bir daha belə hərəkətə əl atmazlar. Yox, atarlarsa, qarşılığını da alacaqlar".

Xatırladaq ki, az əvvəl Əsəd ordusu Afrinin cənubundan bölgəyə girməyə çalışıblar. Lakin Türkiyə qırıcılar və top atəşləri ilə mane olub. Xəbərdarlıq atəşindən sonra Suriya rejiminə bağlı ordu birliyi 10 km geri çəkilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub