20-02-2018 [11:55]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib.
Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə filialın baş mühasibi Nigar Zülfüqarova istintaq zamanı əmanətlərin qoyulması prosedurunu izah edib.
Zərərçəkmiş Sevda Xəlilova deyib ki, Bakı Apellyasiya Məhkəməsi əmanətçilərin pulunun qaytarılmaması haqda qərar çıxarıb.
Təqsirləndirilən Fərəh Rəşadətli sərbəst ifadə verməyə razılaşıb və deyib ki, 2011-ci ilin sonunda Tural Axundov filiala gələrək 150 min manat əmanət qoymaq istədiyini deyib: "Sonra gəlib dedi ki, şirkət açırlar və buna görə iki bankdan arayış lazımdı. Mən də arayış düzəldib verdim. Biri də anası Əzizə xanımın adına idi. O işdə real pul olmayıb, sadəcə sənəd verilib. Sonra da atası Bəhruz müəllimin dəvəti ilə şirkətlərində görüşdüm. Onların hesablarının bizim banka köçürülməsinə qərar verdik. Sonra da Turalın vasitəsilə Sevda xanımla Firəngiz filiala gəlib pul qoydular. Tural burda yox idi, 10 gün sonra gəldi. Mənə dedi ki, nahaq qoymusan, o pul mənimdi. 150 min dollar idi. Mən pulu məxaric edib Turala qaytardım. Sevda xanım bir ay sonra mənə dedi ki, faizlər karta köçməyib. Mən ona dedim ki, sonra izah edəcəm. Turalı ofisə çağırdım, o dedi ki pulu işə qoymuşam, yol tikintisinə, amma ailəm elə bilir ki, pul bankdadı. Tural dedi Sevdanın kartına hər ay özü pul köçürürmüş, indi ödəyə bilmir. O təklif etdi ki, Sevdaya da deyim faizləri axırda alacaq. Mən öz hesabımdan faizləri kartlara ödədim, dedim axırda özüm götürərəm. Çünki Tural qohum idi deyə kömək etmək istədim. Həm də Tural dedi Sevda xanım baş idarəyə şikayət edər, problemin yaranmasını istəmirdim.
Oktyabrda artıq faizləri ödəyə bilmədim, onlar da baş idarəyə şikayət etməyə başladılar. Tural mənə dedi sən qırağa çəkil, biz pulu bankdan alacağıq. Nərimanovda məhkəmələr olanda da getmirdim. Sonra dedilər işçilərin tutulacaq, mən də hər şeyi öz boynuma götürdüm. Dedim qohumdu da, yəqin, məni tutdurmazlar.
Əzizə xanımın adına olan 1,1 milyon manat olmayıb. Pərvanə Əliyevanın adına heç 4 manat da olmayıb. Gülnur və Sevdanın adına olan pulu Tural götürüb. Firəngiz Xəlilovanın pulunu 2 dəfəyə götürüblər. Tural bir dəfə 150 min qoyub sonra çıxarıb. Bircə Sevdanın pulu sistemə oturub, qalanı real deyil.
Əməkdaşlarım işlərini itirməsin deyə mənim dediklərimi edirdilər. Qanundankənar nəsə işlər gördüyümü bilməyiblər, onlara əlavə heç bir manat də verilməyib. Turalgil bacımın yoldaşının dayısı oğludur. Həm də Turalla bir yerdə oxumuşam. Tural gəlib dedi ki, pulu batırıb biznesdə, atası da tələb edir. Mənə təklif etdi ki, borc tapıb verim, yoxsa atası məndən prokurorluğa şikayət edəcək. Mən də çıxış yolu tapmaq üçün faizləri ödəyirdim ki, vaxt uzansın.
Mən istintaqda deməmişəm ki, pulu özümə xərcləmişəm. Həmin vaxt hamiləliyimin son dövrü idi, ifadə verə, uzun müddət otura bilmirdim. Müstəntiqə dedim ki, nə istəyirsən yaz, qol çəkim gedim.
İstintaqdan əvvəl Turalgil tərəfdən mənə hədələr olundu, ona görə geri çəkildim. Onun qardaşı Toğrul Yasamalda hakimdir, onun adı ilə məni hədələyirdilər. Mənim 16 işçim tutulacaqdı, həm də hədələnirdim. Ona görə istintaqa əvvəl fərqli ifadə verib hər şeyi boynuma aldım. İmzaları da öz üzərimə götürdüm. Toğruldan qorxduğum üçün sürücüm vasitəsilə hər ay pul göndərirdim.
Sevda xanımın qoyduğu pula görə imzalanan müqavilədə faizdə səhv var idi, sənədi təzədən ona qaytarmamaq üçün yeni sənəd çap etdik və onu Tural imzaladı. Buna görə də məxaric edəndə də Turalın imzası ilə çıxardıq. Mən Turala 1,6 milyon ödəmişəm. Tural da korrupsiya idarəsində ifadəsində bunu etiraf edib.
S.Xəlilova bildirib ki, Tural Axundov onlara deyib ki, Fərəhdən 1 manat da almayıb.
Proses martın 1-də davam etdiriləcək.
İttihama görə, F.Rəşadətli zərərçəkən Axundova Əzizə Tofiq qızından 1 milyon 255 min dollar alıb. Axundov Bəhruz Həsən oğlundan 800 min manat dollar, Əliyeva Pərvanədən 400 min manat dollar , Axundova Gülnür 300 min dollar, Xəlilova Sevda Rüstəm qızından 300 min dollar, Xəlilova Firəngiz 150 min dollar, Nərgiz Məmmədlidən 150 min dollar, Ruslan Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib.
"DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.
F.Rəşadətlinin himayəsində 2 azyaşlı uşağı var/qafqazinfo.
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq