Şəhid ailələri, müharibə əlilləri və 20 yanvar əlilləri ilə bağlı sərəncam - Prezident təqaüdü artırıldı

img

19-02-2018 [19:28]


Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Mia.az-ın xəbərinə görə, şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamlarına əsasən, müharibə əlillərinə və 1990-cı ilin 20 Yanvarhadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR