Əsədin ordusu Afrində 52 kritik mövqeyə yerləşəcək: "PYD ilə birlikdə vuruşacaqlar" - Dövlət Televiziyası təsdiqlədi

img

19-02-2018 [13:59]


Suriya Dövlət Televiziyası Əsəd rejiminin PYD/YPG terrorçuları ilə anlaşdığını və anlaşma səbəbi ilə  Afrinə girməyə hazırlaşdığını rəsmən təsdiq edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi telekanalın məlumatına görə, Əsəd rejimi PYD/YPG-nin nəzarətində olan Afrinin 52 kritik mövqeyinə ordu yeridəcək: "Artıq Afrindəki YPG/PYD qüvvələri razılıq əldə edilib. Sabah bu 52 strateji mövqelərdən 4-nə Suriyanın rəsmi ordusu yeridiləcək və orada təhlükəsizlik qorunacaq. Bundan başqa, "Xalq qüvvələri" adlanan rejim dəstəkçilərindən ibarət silahlı qruplar da Afrində Türkiyəyə qarşı vuruşacaqlar".

Xatırladaq ki, PYD/YPG Afrində 70-dən çox mövqeyi itirəndən və 1500-dək canlı itki verəndən sonra Əsədə minnətçi düşüblər. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR