Salyanda ağır yol qəzası: 2 nəfər öldü, 2-si yaralandı - Ölənlərdən biri BDU-nun 1-ci kurs tələbəsidir

img

18-02-2018 [22:01]


Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, 1961-ci il təvəllüdlü, Masallı rayon sakini Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi mikroavtobusla Bakı sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi qaldırıcı kran toqquşub. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakinləri - 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu, 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerindəcə ölüb. 

Digər iki sərnişin - Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır/Report.

Mia.az xəbər verir ki, Salyan yolunda baş verən yol-nəqliyyat hadisəsində faciəli şəkildə həlak olan gənc - Asif Qardaşov Bakə Dövlət Universitetinin Jurnalistika fakültəsinin birinci kurs tələbəsi olub.

Bu barədə fakültənin dekanı Vüqar Zifəroğlu sosial şəbəkədə məlumat verib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR