ABŞ-ın həbs etmək istədiyi 13 Rusiya vətəndaşı arasında azərbaycanlı biznesmen də var – SİYAHI + FOTO

img

17-02-2018 [00:53]


 ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə ölkədə keçirilmiş prezident seçkilərinə dair iş üzrə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

Bu barədə sənəd cümə günü nazirliyin saytında dərc olunub.

İttiham olunanlar sırasında əslən Azərbaycandan olan sahibkar Aslanov Ceyhun Nəsimi oğlunun da adı var.

Digər ittiham olunan şəxslər Mixail Bıstrov, Mixail Burçik, Aleksandra Krılova, Anna Boqaçeva, Sergey Polozov, Mariya Bovda, Robert Bovda, Vadim Podkopayev, İrina Kaverzina, Qleb Vasilçenko, Vladimir Venkovdur.

ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bildirib ki, ölkəsi ittiham olunan 13 rusiyalının ekstradisiyasına nail olmaq niyyətindədir.

"Biz adi prosedurlarla hərəkət edərək əməkdaşlıq və ekstradisiyaya nail olacağıq", - deyə o, bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR