"Türkiyə mövzusunda söz sahibi Tramp və ya Tillerson deyil, generallardır..." - Politoloqdan şərh

img

16-02-2018 [22:41]


"ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfərini necə qiymətləndirmək olar? Məncə elə bir nəticə yoxdur. Doğrudur, Tillersonla onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu Ankaradakı müzakirələrin yekunu olaraq razılığa gəldilər ki, anlaşmazlıqları ortadan qaldırmaq üçün ən azı ikitərəfli mexanizm qurulsun. Birincidə iki ölkə arasındakı hüquqi məsələlər (Fətullah Gülənin ekstradisiyası, Nyu-Yorkda türkiyəli nazirlər əleyhinə məhkəmə çəkişmələri, Cumhurbaşqnanı Rəcəb Təyyub Ərdoğanın mühafizəçilərinin əleyhinə açılan cinayət işləri, ikili vətəndaşlıq məsələsinə aydınlıq gətirilməsi və s. ), ikinci də isə Suriyada ortaq nöqtələr tapılmağa çalışılacaq".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, bu səfər ABŞ-Türkiyə münasibətlərinin normallaşmasına xidmət etməyəcək:

"Çünki hadisələrin gedişatı göstərir ki, Amerikada Türkiyə mövzusunda söz sahibi prezident Donald Tramp və ya dövlət katibi Reks Tillerson deyil, amerikalı generallar və kəşfiyyat xidmətinə rəhbərlik edən şəxslərdir. Onlar isə PKK-ya bağlı YPG və PYD-də həm silah, həm də maliyyə ayırmaqda qərarlıdırlar. Bu davam edəcəksə, Tillersonun nə deməsindən, hansı mexanizmlər yaratmasından asılı olmayaraq münasibətlər normallaşmayacaq. Fətullah Güləni də ekstradisiya edən deyillər".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR