"Aygünə, Röyaya, Rəksanəyə baxıb, gənclər də boşanırlar" - Seymur Verdizadə

img

16-02-2018 [21:43]


"Efirdə görünən sənətçilərin çoxunun ailəsi yoxdur”.

Bu sözləri Space” televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm” verilişində bunu "Sənət adamının ailəsi necə olmalıdır?” mövzusunun müzakirəsi zamanı jurnalist Seymur Verdizadə deyib: 

"Hazırda cəmiyyətdə elə fikir formalaşıb ki, ümumiyyətlə sənət adamının ailəsi olmamalıdır. Səbəb də budur ki, sənət qurban tələb edir. Bəli, sənət qurban tələb edir. Amma bunu ailəyə şamil etmək düzgün deyil. Bu qurban yuxusuz gecələr ola bilər. Məsələn, sən şirin yuxuvu sənətivə qurban verə bilərsən. Bu qurban sənin səhhətin, nəfsin ola bilər. Amma bu qurban ailə olmamalıdır. Ailəni sənətə qurban vermək düzgün deyil. Təəssüflər olsun ki, bu bəhanə çox ailələri dağıdıb. Bu gün mən gənclərimizi qınamıram. Onlar gözlərin açıb görüb ki, efirdə, səhnədəki sənət adamlarının çoxunun ailəsi yoxdur. Bu gün gənclərimizin kumiri olan müğənnilər Aygün Kazımova, Röya, Rəqsanənin ailəsi yoxdur. Bu siyahını getdikcə artırmaq da olar. Ona görə də gənclərimiz elə hesab edir ki, sənət adamlarının ailəsi olmamalıdır”.

Verilişin qonağı olan aşıq Zülfiyyə dolayı yolla jurnalistin fikirləri ilə razılaşıb və belə deyib: "Sənətindən, peşəsindən aslı olmayaraq insan öncə özü nümunə olmalıdır. Çünki sənət adamı daima efirdə olur və onu xalq tanıyır. Əgər bu gün mən nə etsəm məni sevən insanlar təbii ki, elə biləcəklər ki, düz edirəm. Əfsuslar olsun ki, bizim camaatımız hər zaman pisi önə çəkir. Bu bizim yaralı yerimizdir. Biz pisi deyil, yaxşı işləri, düzgün sözləri insanlara nümunə olaraq çatdırmalıyıq”.

Verilişdə səslənən bu fikirlərlə aşağıdakı linklə də tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1Um-D1-G2CH1fuNmnfaqqvuHO2KEFV939/view

Unikal.org

Digər xəbərlər
SON XƏBƏRLƏR