“İcra başçısı mənə şər atır…” - Reketçilikdə ittiham olunan jurnalist

img

16-02-2018 [11:52]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə H.Vəliyev ifadə verib.
O, ittihamı qəbul etmədiyini deyib: "Bir iş idi oldu, eybi yox. Mən buna təəssüf edirəm. Lakin mən ömrümü hakimiyyətin yolunda qoymuşam. Məhkəmədə də göründü ki, yazılanların hamısı yalandır. Heç biri də sübuta yetirilmədi. Laçın icra başçısı Ramiz Cəbrayılov mənə şər atır. Digər ittihamlar da əxlaqsızlıq yuvaları ilə bağlıdır. Mən onlarla mübarizə aparmışam, ifşa etmişəm. Həmin obyektlərin bağlanması üçün müəyyən dairələrə sözümü çatdırmışam. Elə zərərçəkənlər var ki, heç indiyə kimi onları görməmişəm. Mən seçki komissiyasının üzvü olmuşam,4 seçki keçirmişəm. Özümü bu ölkədə iqtisar hesab etmişəm”.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Məhkəmə fevralın 27-də davam etdiriləcək.

DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib/qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR