"Ağ yol"da müzakirələr davam edir

img

16-02-2018 [11:12]


Sosial şəbəkələrdə böyük auditoriyası olan "Ağ Yol” Vətəndaş Hərəkatı özünün eyni adlı facebook qrupu və səhifəsində yenə də həftə boyu mühüm müzakirələr aparıb. İlham Əliyevin, YAP-ın VI Qurultayında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çıxışı facebook-da 500 mindən çox üzvu olan "Ağ Yol” qrupundandakı post paylaşımında sosial media istifadəçilərinin maraqlı müzakirələrinə səbəb olub.

Prezident İlham Əliyevin fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı zamanı Ermənistanın hazırkı paytaxtı İrəvanın və o cümlədən Zəngəzur və Göyçə ərazilərinin Azərbaycanın tarixi torpaqlarının olması barədə fikirləri Ermənistan siyasilərini ciddi şəkildə narahat edib. Cənab Prezident "biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq" mesajını Ermənistanın təcavüzkar rəhbərlərinə və onun havadarlarına, eyni zamanda Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra Beynəlxalq təşkilatlara ünvanlayaraq, Azərbaycanın bu işğalla barışmayacağını, Azərbaycanın siyasi və strateji hədəfinə doğru uğurla irəlilədiyini qəti şəkildə bəyan etdi. Cənab Prezidentin qətiyyətli fikirləri ondan xəbər verir ki, regionda bütün qlobal layihələrdən kənarda qalan Ermənistan işğala son verməzsə, iflası qaçılmaz olacaqdır!
Müzakirə olunan post paylaşım ətrafında bildirilən şərhlərdə sosial mediya istifadəçiləri arasında bu dəfə gənclərin fəallığı xüsusi diqqət çəkib. Cənab prezidentin düşmən qüvvələr üzərindəki qələbəsinə xalqı inandırması gənc nəslin bu siyasətdə ölkə rəhbəri ilə həmrəyliyi müzakirələrdə açıq aydın görünüb. Ermənistanın özünün də dərk etdiyi siaysi süqutunun yaxınlaşdığını göstərən dəlillər müxtəlif rəylərdə əks etdirilib.
"Ağ Yol” dakı digər müzakiələrdən biri də ölkəmizə qarşı aparılan çirkin kampaniyalar olub. Belə ki, Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan Məhkəməsinin bəraət qərarı Azərbaycana qarşı müəyyən siyasi dairələrin əsassız iddialarının puç olduğunu göstərdi. Sözü gedən məsələni əks etdirən post paylaşıma bildirilən rəylərin nəticəsindən məlum olub ki,güclü inkişaf edən dövlətə qarşı bu cür qarayaxmalar heç kimə başucalığı gətirmir.
Azərbaycanın yürütdüyü müstəqil xarici siyasət kursu, anti-Azərbaycan mərkəzlərinin özlərini ifşası, ölkəmizin imicinə zərər gətirməyə çalışanların öz məqsədlərinə çata bilməyəcəkləri qeyd olunub. Demokratiya və söz azadlığı pərdəsinə bürünüb beynəlxalq miqyasda kampaniyalar təşkil edənlərin əməlləri qarşısında cavabdehlikləri və onlara qarşı hüquqi prosedurların tətbiqi vurğulanıb.
Qeyd edək ki, "Ağ Yol” facebook səhifəsi və qruplarında diskursiya olunan mövzular ilə bağlı geniş rəylərlə bərabər çox saylı paylaşımlar da edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR