"Amerika İraqdan kürdlərə yeni silahlar göndərməyə davam edir" - Rəsmi Moskvadan yeni iddialar

img

15-02-2018 [19:48]


"ABŞ Suriydakı kürdləri silahla təmin etməklə Türkiyəni qəzəbləndirdi. Ona görə də Türkiyə Afrində əməliyyata başladı".

Mia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova onu da iddia edib ki, hazırda ABŞ Suriyanın El Tanf ətrafında geniş bir bölgəni işğal edərək, oranı İŞİD üçün təhlükəsiz məkana çevirib: "Bununla bərabər, ABŞ Fərat çayının şərqində kürd müttəfiqlərinə daha güclü dəstək vermək üçün Suriya ordusu ilə açıq döyüşə də girir. Paralel olaraq, İraqdan kürdlərə yeni silahlar da göndərməyə davam edirlər".

Zaxarova bir neçə gün əvvəl ABŞ-ın bombardmanı nəticəsində ölən 40 rus əsgəri haqda da suala cavab verib: "Bəli,  Amerikanın belə bir hücumu olub. Lakin orada 40 deyil, 5 Rusiya vətəndaşı həlak olub. Onlar da Rusiya ordusu mənsubu deyillər".

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR