Şriftin ölçüsü / 1467 dəfə oxunub

Ərdoğanın "Osmanlı qapazı yeməyiblər" mesajına ABŞ-dan cavab: "...o görüşdə müzakirə olunacaq"

14 Fevral 2018 [20:16]
Türkiyə prezidenti Ərdoğanın ötən gün Suriyanın Menbic bölgəsində PYD/YPG mənsubları ilə foto çəkdirən ABŞ generallarına xitabən dediyi "Bizim onları vuracağımız halda sərt cavab verəcəklərini deyənlər ömürlərində heç Osmanlı qapazı yeməyiblər. Türkiyəni istədikləri kimi girib-çıxdıqları yerlərlə qarışdırırlarsa, çox yaxın vaxtlarda bunun belə olmadığını görəcəklər”, - bəyanatına rəsmi Vaşinqtondan reaksiya gəlib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın "Osmanlı qapazı" xəbərdarlığı haqda bu gün ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyertə sual verilib.

Mətbuat katibi jurnalistin bu sualına gülərək belə cavab verib: "Dövlət katibi Tillerson Türkiyəyə gedəcək və orada həmkarı ilə görüşəcək. Yəqin, bu məsələlər o görüşdə müzakirə olunacaq".

Mia.az


SON XƏBƏRLƏR