"Amerika bizə gizli embarqo tətbiq edib, bu, nə rəzillik nədir?!" - Baş nazirdən yeni açıqlamalar

img

14-02-2018 [19:57]


Türkiyənin Baş naziri Binəli Yıldırım "BBC Türk"ə maraqlı müsahibə verib. O, müsahibəsində ABŞ-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti haqda sensasion fakt açıqlayıb.

Mia.az xəbər verir ki, o, hazırda Türkiyənin əsas gündəminin Afrin olduğunu deyib: 

"Bizim hazırda əsas işimiz Afrinə indekslənib. Ora o qədər də böyük yer deyil. Cəmi 3 min 800 km-lik bir ərazidir. Yəni "Fərat qalxanı" əməliyatının əhatə etdiyi ərazidən iki dəfə kiçikdir. Ancaq bizim bu kiçik ərazi ilə 135 km-lik sərhədimiz var və hər metrəsi də bizm üçün təhdiddir. Biz buranı terrordan təmizləyirik".

Baş nazir bundan sonra ABŞ-a səslənib, maraqlı fakt açıqlayıb: "Sən NATO ortağına hər anlamda dirsək çevirirsən, etmək lazım olduğunu etmirsən. NATO müttəfiqinə düşmənlik edən, onu bölməyə, parçalamağa çalışan çapulcularla qol-boyun olursan. Çevrilişçini ver deyirik, vermirsən. Terrorçu ilə iş görmə deyirik, davam edirsən. Günahsız yerə bank müdirinin müavinini tutursan və s. Bunun axırı necə olacaq? Amerika zatən bizə gizli embarqo tətbiq edib".

ABŞ-ın gizli embarqonu necə tətbiq etməsinə də aydınlıq gətirən Binəli Yıldırım baş verənləri rəzillik sayıb: "Əfəndim, polislərə verilən qıçı qırıq tapançalar var ha, onu da istəyəndə deyirlər ki, Konqresə sənədi göndərək, keçsə, baxarıq. Qardaşım, sən tanklar dolu təyyarələri  PYD-yə, YPG-yə göndərərkən, Konqresdən soruşdunmu? Bu, nə rəzillikdir?! Zənn edirlər ki, biz heç bir şey bilmirik...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR