Tofiq Yaqublu müavin postundan çıxarıldı - Müsavatda nə baş verir?

img

14-02-2018 [19:24]


Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

Bununla bağlı partiya başqanı Arif Hacılı qərar imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. 

Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR