Şriftin ölçüsü / 101 dəfə oxunub

Prezident İlham Əliyev Serbiya prezidentinə məktub göndərdi - Mətn

14 Fevral 2018 [18:14]
Prezident İlham Əliyev Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.

Mia.az həmin məktubu təqdim edir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".


SON XƏBƏRLƏR