Türklərlə yunanlar arasında ada savaşı: Türkiyə Egedə yeni qüllə tikir, yunanlar isə əlavə hərbi qüvvə göndərir + FOTO

img

14-02-2018 [16:47]


Bu həftənin birinci günü Ege dənizinin Kardak adaları ətrafında Yunanıstanın içində 27 xüsusi təyinatlı əsgərinin olduğu hərbi botunu dayandırmaq istəyən Türkiyənin "Ümid" adlı 90 metrlik təhlükəsizlik botuna edilən hücum tərəflər arasındakı gərginliyi artırıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gündür davam edən gərginlik dünən savaş həddinə qədər çatıb. Belə ki, yunanlar əraziyə 8, türklər isə 11 hərbi bot göndərməklə, "odu daha da atəşləyiblər".

Bu gün isə Türkiyə 3, yunanlar isə 2 botunu geri çəkərək, savaş riskini xeyli azaltsalar da, ərazidə baş verənlər gərginliyin hələ də davam etdiyini təsdiqləyir.

Yunanıstanın Kilimli adasında yayın yapan "www.kalymnos-news.gr" adlı yerli xəbər saytı yazır ki, bu gündən etibarən, yunan dəniz qüvvələri bölgədə hərbi gücünü artıracaq.

Türkiyə də bu ara boş dayanmayıb. Belə ki, Türk Dəniz Qüvvələrinin komandanlığı Kardaka 1 mil uzaqlıqda yerləşən Çavuş adasında uzaq məsafəni dəqiq müşahidə etmək ümün qüllə və mühafizə məntəqəsi tikməyə başlayıb: "Bununla da həm qaçaqlar, həm də yunan hərbi birliklərinin hərəkətləri rahatlıqla nəzarət altına alınacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR