Şəxsiyyət vəsiqələri ilə bağlı dəyişiklik - Rüsum azaldılır

img

14-02-2018 [16:27]


Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum azaldılır. Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsdədilə hazırlanıb.

15 yaşı tamma olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda bu şəxslər üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə isə 35 manatdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR