Balakən rayonunda qanunsuz at kəsimi və at əti aşkarlandı - Açıqlama + FOTO

img

14-02-2018 [16:15]


Fevralın 14-də daxil olmuş məlumat əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlər zamanı Balakən rayonunun Qabaqçöl qəsəbə sakini Nurullah Nurəddin oğlu Cirinqovun həyətinə baxış keçirilib. 

Bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Mia.az-a verilən məlumata görə, baxış zamanı Nurulla Cirinqova məxsus həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, ağacdan asılmış, dərisi yarımçıq soyulmuş və sağlamlığına dair heç bir sənədi olmayan 1 baş atın cəmdəyi, arxa ətrafları və 1 ədəd at başı aşkar edilib:

"Həyətində at kəsimi aparan Nurullah Cirinqova söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olduğunu etiraf etmiş və həmin ətləri mal əti adı altında satmaq istədiyini bildirmişdir.

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Balakən rayonu sakini Nurullah Cirinqova məxsus və onun tərəfindən kəsilmiş təxmini 95 kq çəkisində olan at ətinin müayinəsi başa çatana kimi, at cəmdəyi saxlama kamerasına yerləşdirilmişdir.

Bu hadisə ilə bağlı materiallar toplanaraq araşdırımalar aparılması üçün Balakən Rayon Polis Şöbəsinə göndəriləcəkdir.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcəkdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR