14-02-2018 [15:50]
Ötən həftə ölkəmiz üçün yaddaqalan və əhəmiyyətli hadisələrlə zəngin oldu. Bunlardan ən vacibi kimi növbədənkənar Prezident seçkilərinin təyin edilməsini qeyd etmək olar.
Həm daxildəki siyasi partiyalar, həm ictimaiyyət, həm də xarici qüvvələr üçün gözlənilməz sayılan bu taktiki gedişin hansı səbəbdən edilməsi ilə bağlı fərqli mülahizələr irəli sürüldü. Bunu geopolitik çalarlardan tutmuş, daxildəki proseslərlə bağlılığına qədər izahıni verənlər, hadisələri zəncirvari şəkildə bir-birilə əlaqələndirənlər belə tapıldı.
Ən maraqlısı isə budur ki, əksər şərhlərdə Prezident seçkilərindən sonra hakimiyyətin çevik kadr islahatına gedəcəyinə dair mülahizələrlə bağlı səslənən fikirlərin əksəriyyəti bir-birilə uzlaşdı. Yəni birmənalı olaraq vurğulanır ki, İlham Əliyevin qarşıdan gələn 7 illik prezidentliyi dönəmində (onun seçiləcəyinə şübhə yoxdur – R.Ə.) yeni çevik və gənc komanda ilə işləyəcəyinə dair kurs götürüləcək. Xüsusilə də, Nazirlər Kabinetinin daha funksional bir icra aparatına çeviriləcəyinə dair qərarın artıq verildiyi də söylənilir. Bu mülahizələr içərisində əsrin dörddə birinə qədər bir müddətdə Azərbaycanın baş naziri olan 83 yaşlı Artur Razizadənin də hörmət və izzətlə istefaya göndəriləcəyinə dair fikirlər səslənir.
Bütün bu əsaslı yorumlar hakimiyyət komandasında təmsil olunan nüfuzlu nazirlər, komitə rəhbərləri arasında bir qədər narahatlıq yaradıb. Xüsusilə də hökumətin iqtisadi blokunda təmsil olunanları haqlı olaraq belə bir sual narahat edir: hakimiyyətin yeni iqtisadi komandadasında onlar təmsil oluna biləcəklərmi? Azərbaycanda kadr təyinatları ilə bağlı verilən proqnozların əkəriyyətinin özünü doğrultmadığını nəzərə alsaq, indidən hansısa konkret mülahizələrin üzərində dayanmaq doğru olmaz. Ancaq seçkidən öncə baş verən müəyyən hadisələr, köhnə komanda üzvlərindən bəzilərinin yerlərini artıq möhkəmləndirdiyi qənaətini yaradır. Ötən həftə reallaşan orta səviyyəli kadr təyinatları mövqeyinin laxladığı ilə bağlı fikir yaradıldığı mühüm post sahiblərindən birinin tam formada olduğu qənaətini hasil etmiş oldu. Söhbət Dövlət Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənovdan gedir.
Yadınızdadırsa, kod adı "MTN işi” kimi tanınan və Eldar Mahmudovun komandası ətrafında baş verən hadisələr zamanı ən çox hədəfə gələn vəzifəlilərdən biri də məhz Kərəm Həsənov oldu. Mediada həmin dövrdə yazılanlar ətrafında apardığmız araşdırmalar göstərir ki, MTN küləyinin Kərəm Həsənovdan vaz keçməyəcəyi, hətta onun həbs olunma ehtimalının olmasına dair çoxsaylı mülahizələr irəli sürülürdü.
Ancaq yaxın günlərdə baş verən bəzi kadr təyinatları Kərəm Həsənovun tam reabilitasiya olnduğu qənaətini yaradır. Düzdür, ölkədəki kadr təyinatları ilə bağlı son söz ölkə başçısına məxsusdur və bu yöndə kimsə ona təzyiq etmək gücündə deyil. Ancaq orta səviyyəli məmur təyinatlarında komandanın mühüm üzvlərinin təqdimatına hakimiyyət dəhlizlərində hər zaman önəm verilib. Yətər ki, bu təqdimatı irəli sürənlər etibarı itirmiş adam olmasın.
Məlum olduğu kimi, Bakının mərkəzi və strateji rayonlardan biri olan Yasamal rayon icra başçısı postu 2017-ci ilin iyulundan vakant qalırdı. Belə ki, İlham Əliyev sabiq icra başçısı İbrahim Mehdiyevi keçmiş "Sovetski” küçəsindəki Hacı Cavad məscidinin qanunsuz sökülməsində ittiham edərək işdən çıxarmışdı. Həmin vəzifəyə bir çox nüfuzlu icra başçılarının təyinat alacağı ilə bağlı iddialar səslənirdi. Ancaq prezident İlham Əliyevin Əziz İmran oğlu Əzizovun Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə imzaladığı sərəncam bütün söhbətlərə son qoydu.
54 yaşlı Ə.Əzizov bundan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olub. O, daha çox əslən Cəlilabadan olan DƏK sədri Kərəm Həsənova yaxın kadr kimi xarakterizə olunurdu. Hətta əksər prinsipal məsələlərdə Əziz Əzizovun məhz Kərəm Həsənov qarşısında hesabat verdiyi söylənilir. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzaladı.
Əziz Əzizov
Sərəncama əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
N.Zeynalov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Bu iki təyinat Kərəm Həsənovun hakimiyyət dəhlizlərində güvənini qoruyub saxladığını iddia etməyə əsas verə bilər. Çünki Əziz Əzizovun yerinə Kərəm Həsənovun doğma rayonuna rəhbər təyin olunan yeni kadr da məhz onun işçisi olub. Bütün bu hadisələr Kərəm Həsənovun seçkilərdən sonra formalaşacaq yeni komandada da mövqeyini qoruyub saxlayacağını, hətta daha yüksək vəzifəyə təyin edilə biləcəyi ehtimalını söyləməyə əsas verir.
Rövşən ƏLİ
Azinforum.az
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"