“Nə sevgili, yanlış nömrəyə zəng etmisiniz” - Sənətçilər 14 fevraldan danışdılar

img

14-02-2018 [15:34]


14 fevral tarixi dünyanın bir çox ölkələrində "Sevgililər günü" kimi qeyd olunur.

AzNews.az "Sevgililər gününü necə qeyd edirsiz" sualı ilə Azərbaycanın şou-biznes nümayəndələrinə müraciət edib. Sorğunu təqdim edirik:

Əməkdar artist Zöhrə Abdullayeva: "Nə sevgili? Mən yaşlı qadınam, yanlış nömrəyə zəng etmisiniz. Mənim sevgim övladım, dövlətim və xaqımdır”.

Müğənni Maral Tahirqızı: "Sevgisiz insan yoxdur. Elə bir adam tapılmaz ki, o, kimisə, nəyisə sevməsin. Ürəyimdə hamıya sevgi var. Şəxs olaraq kimdənsə sevgi ummuram. Mən bu gün evdə olacam. Heç yerə çıxmaq istəmirəm”.

Müğənni Könül Kərimova: "Bütün insanların Sevgililər günü mübarək olsun. Sevib-sevilənləri təbrik edirəm. Mən də sevib-sevilənlər kimi təbrik və özəl hədiyyə alacam. Amma onu açıqlamağı sevmirəm. Bir də bu gözəl günü haradasa romantik şəkildə qeyd etmək lazımdır. Biz də o ənənəyə sadiq qalacağıq”.

Rəqqasə-müğənni Sevda Sanəliyeva: "Butün günü işdə olacağam. Axşam isə bu gözəl günü ailəmlə birlikdə qeyd edəcəyik. Bizim üçün hər gün sevgililər günüdür. Sevgililər günü həm də mənim uşaqlarımla bağlıdır. Həyat yoldaşım, ailəm mənim sevgilimdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR