Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən - Reaksiya

img

14-02-2018 [15:18]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son iki gündə mətbuatda yayımlanan bəzi xəbərlərə reaksiya verib.

Qurumun mətbuat xidmətinin məlumatında qeyd olunur:

"Bildiririk ki, "Moderator.az” saytı 12 fevral 2018-ci il tarixdə "Ermənilərin canına yağ kimi yayılacaq açıqlama: "Guya bizim xalqlar arasında düşmənçilik var" adlı yazı yerləşdirmiş və yazıda bildirilir ki, Əli Həsənov İsveç Krallığının xarici işlər naziri Marqot Vallströmlə görüşdə deyib: "Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belədeyil.Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur”.

Mətbuat xidməti tərəfindən "Moderator.az” saytı ilə əlaqə saxladıq və bildirdik ki, bu görüş 2016-cı ildə olubdur. Orada səslənən fikirləri isə dərc edirik. 

Baş nazirin müavini Əli Həsənov deyib: "ATƏT-in Minsk Qurupunun Həmsədrləri hər yeniləri seçiləndə bir ideya atırlar ortaya və bunu da müzakirə edə-edə müddətlərini başa vururlar.İndi də, yeni bir fikir atıblar ortaya ki xalqlar arasında qarşılıqlı etimad yaratmaq lazımdır.Biz 200 il qonşuluqda yaşamışıq.Məgər etimad olmayıb? Olub. Bu düşmənçiliyi yaradanlar Ermənistanın separatist faşist rejimi və himayədarıdır...” ardı isə saytda dərc olunan kimidir.

Bu barədə "Moderator.az” saytının rəhbəri ilə əlaqə saxladıq və onlar həmin yazını saytlarından çıxartdılar. Lakin təəssüflər olsun ki, bir sıra saytlar bu yazının ətrafında müzakirələr açır, bəziləri isə öz çirkin niyyətlərini ifadə edirlər. Hesab edirik ki, belə ədalətsiz və məqsədli yanaşma yol verilməzdir".



Digər xəbərlər
SON XƏBƏRLƏR