Poroşenko Putinə zəng etdi - Nələr müzakirə edilib?

img

14-02-2018 [14:40]


Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Petro Poroşenko arasında telefon danışığı olub. 

Bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Azərtac xəbər verir ki, D.Peskovun sözlərinə görə, telefon danışığı fevralın 12-də Kiyevin təşəbbüsü ilə baş tutub. Ukrayna Prezidenti "An-148” təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Prezidentlər Minsk sazişinin yerinə yetirilməsinin gedişatını və Kiyev ilə Donbas arasında əsirlərin dəyişdirilməsi məsələsini müzakirə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR