ABŞ kəşfiyyatı PYD/YPG-nin əsl niyyətini açdı: "Bu plana qarşı Türkiyə, Rusiya və İran ciddi dirənəcək"

img

14-02-2018 [13:28]


ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Koutsun ölkə Senatının Kəşfiyyat Məsələləri Komitəsinin dinləmələrinə təqdim  etdiyi ənənəvi illik hesabatında daha bir maraqlı fakt üzə çıxıb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, kəşfiyyat rəhbərinin hesabatında PKK və onun Suriya qolu olan YPG/PYD qüvvələri haqda da gizli məlumat açılıb.

Hesabatın Suriya ilə bağlı hissəsində "PKK-nın Suriyadakı polis gücü olan YPG/PYD böyük ehtimalla muxtar dövlət yaratmaq üçün ciddi cəhdləri göstərəcək" fikiri qeyd olunub. 

Əlavə olunub ki, bu plana qarşı üç dövlət tərəfindən ciddi müqavimət olacaq: "PYD/YPG-nin bu planına qarşı Türkiyə, Rusiya və İran güclü dirəniş göstərəcək".

Kəşfiyyat rəıhbərinin hesabatında yer alan bu fakta rəsmi Ankaradan da ilk reaksiya gəlib.

Türkiyənin ədliyyə naziri Abdülhamid Gül deyib ki, ABŞ-dakı bəzi qurumlarda bu məlumat onsuz da əvvəldən olub: "Kəşfiyyat rəhbərinin PKK/PYD/YPG ilə bağlı qeyd edilən faktı bizə gizli deyil. Bu tip məlumatları biz çoxdan ABŞ Dövlət Katibliyinə vermişik. Tillersonla bu söhbətlər yenə də ciddi müzakirə ediləcək".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR