MSK İlham Əliyevin namizədliyi təsdiq edəcək - İclas

img

14-02-2018 [11:11]


Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirə ediləcək.

Bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri, MSK üzvü Hüseyni Paşayev məlumat verib.

Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR