Şriftin ölçüsü / 897 dəfə oxunub

Türkiyə və Yunanıstan yenidən üz-üzə gəldi: tərəflər əraziyə döyüş botları göndərdi - AB-dən təhdid və... + VİDEO

13 Fevral 2018 [22:50]
Ege dənizində yerləşən Kardak adasında türk və yunan gəmilərinin toqquşmasından sonra iki ölkə arasında savaş təhlükəsi yaranıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Bodrumun sahillərinə yaxın  Kardak adası ətrafında dünən gecədən gərginlik yaranıb: "Dünən gecə başlayan hərəkətlilik davam edir. Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığı bu gün günorta bölgəyə əlavə 2 hücum botu və, 2 sahil güvənlik botu göndərib. Bununla da Türkiyənin Kardak ətrafındakı hərbi hücum gücü 11-ə, Yunanıstanın isə botlarının sayı 8-ə yüksəlib".

Məlumatda o da bildirilir ki, Türkiyədən əvvəl Yunanıstanəın Leros adasından Kardak istiqamətinə 2 zodyak botla gələn yunan əsgərləri ərazini müşahidə edib. Eyni anda Kardakdan bir mil uzaqdan içərisində yunan komandoların olduğu daha bir hücum botu sürətlə İstanköy adasına  keçib: "Hazırda Türkiyə və Yunanıstan hücum botları bəzən bir-birinə 80-100 metrəyə qədər yaxınlaşıb, güc göstərirlər. Hər an toqquşma baş verə bilər".

Bu arada Ege dənizində yaşanan gərginliyə Avropa Birliyindən Ankaranın əleyhinə olan reaksiyalar gəlib. 

Qurumdan Jan-Klaude Yunker hər iki tərəfi qonşuluq münasibətlərini zədələyən hərəkətlərdən yayınmağa çağırıb. O, eyni zamanda, Türkiyəyə səslənərək Avropa Birliyinin üzvü olan Yunanıstanın ərazi sularına və hava məkanına sayğılı yanaşmağın gərəkliyini xatırladıb.

Oxşar çağırışı Donald Tusk da edib. O da Türkiyəni Avropa Birliyi ölkəsinə qarşı təhdiddən çəkinməyi istəyib.

Türkiyə Xarici İşlər Nazirliyi isə Yunanıstana xəbərdarlıq edib. Bəyan edilib ki, Türk adalarına qarşı hər hansı bir təxribata qətiyyən imkan verilməyəcək.

***

Axşam saatlarında Türkiyə Baş naziri Binəli Yıldırımla yunanıstanlı həmkarı Aleksis Çipras arasında Egedəki gərginliklə bağlı telefon danışığı olub.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, iki ölkənin baş naziri Kardak qayalıqlarında baş verən qarşıdurmanı  ediblər.

Bu barədə Binəli Yıldırım deyib ki, son dönəmdəki gərginlikdən narahatdırlar: "Stabillik üçün Afina lazımi addımları atmalıdır”.




Mia.az


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...