13-02-2018 [20:24]
"Kimlər bilir, nələr çəkdim?! Bilmədən yarğılamaq sizə çox asandır! Qarşınızda həmişə dik durdum deyə, heç qırılmadımmı sandınız? Özümü anladacaq kəlmələrim olmayınca susaram mən... içdən, bir sükutla, sadəcə, susaram... İllərlə susdum! Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz! Ağzıgöyçəklər, sizədir sözüm!”
Bu sözləri məşhur aparıcı Vüsalə Kərimova reanimasiyada olan atası, Əməkdar artist Vaqif Kərimov haqqında deyib. Aparıcı instaqramda onu atasına qarşı biganə olmaqda günahlandıran insanlara həqiqətləri etiraf edib:
"40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç demədiniz niyə belə? İndi Vaqif Kərimovun xəstələnməyi sizdə hisslər oyadıb? Amma deyim, biləsiniz, o hisslər məndə heç olmadı ki, bu gün də ölsün! Yadımdadır, uşaq vaxtı kimsə xətrimə dəyəndə, babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb, zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım...
Elə bilirdim, gəlsə, heç dərdim olmayacaq. Halbuki, babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var, heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiniz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım!
Mən ata deyib, göz yaşı tökəndə həmin sizin bu gün məni çarmıxa çəkdiyiniz insan "cükküldəşdiyi” aktrisa yoldaşından dünyaya gələn, məndən doqquz ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi!
Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Mənim oğlum 17 yaşına gəldi, amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi!
Sayənizdə artıq biləcək! Oğlum mənə deyəndə ki, ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb, başını qatdım, cavabdan qaçdım. Çünki deyə bilmədim, atam məni atdı, atam məni istəmədi, istənilmədən dünyaya gəldim... Bunu deməyə özümü hazır bilmədim heç vaxt, oğluma travma verə bilmədim... Amma siz nə etdiniz?
Xəbərləriniz reytinq versin deyə başqasının həyatını manşet etdiniz! Məni günahlandırdınız! Edin! Artıq nə istəsəniz, edin! Halbuki, Allah bilir nə çəkdiyimi! Allah ürəyimdən su içirtsin məni qınayanlara! Allah yaşadığımı yaşatsın məni günahlandıranlara!
Allah gözündə kədər qoysun bir ömür boyu məni qınayanların... O zaman məni anlayarsınız... İndi siz cavab verin, atam gəlib atasızlığımı atasız günlərimdən qova bilərmi?
P.S. Bu mövzu ilə bağlı heç kim məni rahatsız etməsin!”
Xatırladaq ki, dünən İrəvan Dövlət Dram Teatrının aktyoru Vaqif Kərimovun Vüsalənin atası olması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.
Publika.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"