Xəstə qadın Bakıda metro qatarının altına yıxıldı: "İntihar deyil"

img

13-02-2018 [20:07]


Bu gün metroda qısa müddətli gecikmə baş verib. Buna səbəb qadının qatarın altına yıxılması olub.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, hadisə bu gün saat 18:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib: "Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar" stansiyasında bir xanım düşüb. İntihar deyil. Yıxılıb. Xəsarət almayıb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub.

Qatarın altına yıxılan qadının şəxsiyyəti müəyyən edilib. O, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızıdır. Onun epilepsiya xəstəsi olduğu bildirilir. Hadisə yerinə gələn təcili yardım xidməti qadına ilkin tibbi yardım göstərib. Qatarların hərəkəti bərpa edilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR