Şriftin ölçüsü / 332 dəfə oxunub

"Qüdrət Həsənquliyev çox güclü namizəddir" - BAXCP yetkilisindən açıqlama

13 Fevral 2018 [20:10]
"Qüdrət Həsənquliyev çox güclü namizəddir". 

Bu fikirləri Mia.az-a namizədliyi irəli sürülmüş BAXCP sədri Qüdrət Həsənquliyevin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin seçkini boykot etməsi aprelin 11-də baş tutacaq seçkiyə ciddi bir təsir etməyəcək:

"2003-cü ildən sonra İsa bəy seçkiyə qatılmır. Təbii ki, bunun bir çox səbəbləri ola bilər. İlk olaraq düşünürəm ki, prezident İlham Əliyevin çox güclü namizəd olması faktı İsa Qəmbəri 15 ildir seçkidən kənar saxlayır. 2003-cü il prezident seçkilərdəki məğlubiyyəti təkrarlamaq istəmir. Müsavat Partiyası son 10 ildə həddindən artıq zəifləyib. Demək olar ki, 1992-ci ildə Müsavat partiyasını yaradan şəxslər, Rauf Arifoğlu, Sülhəddin Əkbər, İbrahim İbrahimli, Nəsib Nəsibli və onlarla funksionerlər partiyanı tərk edib. Bu da reallıqdır".

BAXCP sədri Qüdrət Həsənquliyevin seçkidə iştirakına gəldiksə isə N.Orduxanlı qeyd edib ki, bu gün BAXCP İdarə Heyətinin toplantısında geniş müzakirədən sonra aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın lideri ilə mübarizə aparması qərara alınıb:

"Artıq qərardan sonra BAXCP sədrinin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim etdik. Biz düşünürük ki, seçkilərdə iştirak çoxpartiyalı sistemin inkişafı, alternativ proqram və ideyaların təbliği, siyasi mədəniyyətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Siyasi və mənəvi mirasın, ideya və prinsiplərin millətin və dövlətin maraqlarını, Azərbaycan xalqının istiqlal məfkurəsini, birlik və bütövlüyünü qorumağın vacibliyin, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının, Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpa edilməsinin milli varlığımız üçün həyati əhəmiyyət kəsb etdiyi, ölkədə siyasi, hüquqi, iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın enerji sektorundan asılılığına son qoyulmasının zəruri olduğu, seçkilərin cəmiyyətdə baş vermiş siyasi dəyişikliklərin hüquq müstəvisində rəsmiləşdirilməsi vasitəsi olduğu qənaətindəyik. 

Liderimiz Qüdrət Həsənquliyevin çox zəngin siyasi tərcümeyi-halı var. Ölkənin çox tanınmış siyasi partiyasının lideridir. Cəmiyyətdə Qüdrət bəy kifayət qədər tanınır. Biz Qüdrət bəyin namizədi olması ilə yanaşı, namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri də davam etdirəcəyik”.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...