"Əgər rusların kütləvi ölümü baş veribsə..." - Prezidentliyə namizəd Putindən izahat istədi

img

13-02-2018 [16:49]


Rusiya Prezidenti Vladimir Putin Suriyada onlarla rusiyalının həlak olması barədə informasiyalara aydınlıq gətirməlidir.

Bu sözlər Rusiya prezidentliyinə namizəd, Yabloko Partiyasının sədri Qriqori Yavliskinin Putinə müraciətində yer alıb.

"Əminəm ki, bu hadisələr açıq şəkildə müzakirə edilməlidir. Əgər rusların kütləvi ölümü baş veribsə, o zaman Rusiya Silahlı Qüvvələrinin baş komandanı bunu elan etməli və məsuliyyəti kimin daşıdığını aydınlaşdırmalıdır. Mən həmçinin Rusiya vətəndaşlarının Suriyadakı yerüstü əməliyyatlarda prezident və müdafiə nazirinin bu ölkədən rus qoşunlarını çıxarmasını bəyan etməsi və Suriyada vətəndaş müharibəsinin bitməsini söyləməsindən sonra niyə iştirak etməsinə aydınlıq gətirilməsini tələb edirəm”, – deyə o, bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR