11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Ev heyvanından yoluxub

img

13-02-2018 [16:34]


Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk var. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb.

Mia.az medchina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacarıb.

Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR