Qəbələ rayon təşkilatı seçki iclaslarına start verib

img

13-02-2018 [16:30]


Xəbər verdiyimiz kimi, Müasir Müsavat Partiyası Siyasi Şurasının fevralın 10-da keçirilən növbədənkənar iclasında partiyanın sədri Hafiz Hacıyevin növbədənkənar prezident seçkilərində namizədliyinin irləli sürülməsi Siyasi Şuranın nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib.

MMP sədri Hafiz Hacıyev çıxışında partiyanın rayon təşkilat sədrlərinə təşkilatlanma və seçkilərdə aktiv fəaliyyətə başlanma ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə artıq yerlərdə icra olunmağa başlanılıb. Belə ki bu gün MMP Qəbələ rayon təskilatının nöbədənkənar prezident seçkiləri ilə bağlı ilk iclası kecirilib. Təşkilat sədri Əflatun Allahverdiyev çıxış edərək Siyasi Şuranın növbədənkənar iclası ilə bağlı təşkilatın üzvlərinə məlumat verib.

Diqqətə çatdırıb ki, partiyanın namizədi Hafiz Hacıyevdir və onun qələbə qazanması üçün gücləndirilmiş iş rejiminə keçmək lazımdır.

Sonda təşkilatın təbliğat-təşviqat məsələləri müzakirə edilib.
Versus.Az 

Digər xəbərlər
SON XƏBƏRLƏR