"Bələdiyyələr icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedir" - Deputat

img

13-02-2018 [14:19]


Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırıması istiqamətində hökümətdən müvafiq qanun layihələri parlamentə daxil olmur.

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə" Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur: "Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra həmin materialların pulu geri qaytarılmır. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyekti qanunsuz olaraq icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR