ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum "2636 ha torpaq sahəsi bələdiyyələr tərəfindən qanunsuz satılıb" - Nazir müavinindən hesabat - mia.az
Şriftin ölçüsü / 269 dəfə oxunub

"2636 ha torpaq sahəsi bələdiyyələr tərəfindən qanunsuz satılıb" - Nazir müavinindən hesabat

13 Fevral 2018 [13:27]
Milli Məclisdə Azərbaycanda bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi dinlənilib.

Hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
 
Hesabatda bildirilir ki, 2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub: "Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların qanunvericiliyə uyğunluğu yoxlanıb”.

V. Zahirov qeyd edib ki, bələdiyyə aktlarının böyük əksəriyyəti qanunvericiliyə uyğun olub. 1979 aktın dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə tövsiyələr verilib, 741 akt ləğv edilib və 714 akt dəyişdirilib: "Bələdiyyə aktları yoxlanılarkən torpaq qanunvericiliyinin pozulması halları müəyyən edilib və 2636 ha torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi müəyyən edilib, bu torpaqların bələdiyyələrə qaytarılması istiqamətində tədbirlər görülüb. Bələdiyyələrlə bağlı 24 fakt üzrə materiallar toplanılıb və müvafiq hüquq-mühafizə orqanlarına göndərilib. 14 fakt üzrə cinayət işi başlanıb. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi, həmin icarədən alınan vəsaitin bələdiyyə büdcəsinə ödənilməməsi, təmir işi ilə bağlı bələdiyyələrin vəsaitlərin mənimsənilməsi, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub”.

Hesabat səsə qoyularaq qəbul olunub.

APA


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR