Şriftin ölçüsü / 261 dəfə oxunub

“Suriyanın şimal-qərbindəki son hadisələr bizi də qayğılandırıb" - Tillersondan Ankaraya mesaj

13 Fevral 2018 [12:45]
"Suriyanın şimal-qərbində baş verən son hadisələrə görə Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Suriyada keçirdiyi aniterror əməliyyatını dəyərləndirərkən deyib.

"Suriyanın şimal-qərbindəki son hadisələr bizi də qayğılandırıb. Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığının da fərqindəyik”, - ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Qeyd edək ki, R.Tillerson hazırda Misirdə səfərdədir. O, Qahirədən İordaniyaya gedəcək. Daha sonra isə Türkiyəyə səfər edəcək/Report. 


SON XƏBƏRLƏR
00:03 18.10.2018