"Nə qədər ki, gec deyil bu işi dayandırın, yoxsa..." - Nazirdən sərt xəbərdarlıq

img

13-02-2018 [12:18]


"Vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq".

Bunu vergilər naziri Mikayıl Cabbarov "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda çıxışı zamanı bildirib.

"Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov vurğulayıb.

Nazir çıxışında əhaliyə müraciət də edib: "Marketkərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur. Ondan aldığınız çörəyə görə "çek" istəsəz onun xətrinə dəyə bilərsiz. Amma fikirləşsəz ki, vergi nəyə xərclənir, onda tələb edərsiz. Vergi torpaqların qorunmasına, məktəblərin tikilməsinə, hər iki valideynlərini itirən gənclərin təhsilinə xərclənir. 

Belə bir məsəl var: nəyisə dəyişmək istəyirsənsə, ilk növbədə özündən başla. Biz də ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəyik.

Bulanıq su o şəxslərə lazımdır ki, qanunsuz yolla pul qazanmaq istəyir. Nə qədər ki, gec deyil bu işi dayandırın. Yoxsa biz bu işi dayandırmaq üçün fəaliyyətə başlayacağıq".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR