"PKK terrorçuları Türkiyədən qaçaraq Ermənistana toplaşırlar" - Erməni mətbuatından sensasion yazı

img

13-02-2018 [11:17]


Terrorçu PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşırlar.

Bunu Ermənistanın "Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, onlar Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdıqları, təhlükəsizliyinə təhdid yaratdıqları, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olduqları və qanunsuz silahlı dəstələr yaratdıqları üçün ölkənin təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları nəticəsində müxtəlif formada zərərsizləşdirilirlər.

"PKK hesab edir ki, Moskva və Yerevan bu terrorçu qruplaşmaya yumuşaq mövqedən yanaşır. Ona görə də terrorçular Ermənistana toplaşırlar. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şəriat yaradırlar. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanlarına təslim olurlar", - məqalədə vurğulanıb. 

Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR