Ukrayna hökuməti Saakaşvilini ölkədən çıxardı - Video

img

12-02-2018 [20:36]


Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib.

M.Saakaşvili yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub. Məlumata görə, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir.

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.


xxx

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, "Suluquni" restoranının yaxınlığında saxlanılıb.

Unikal.org"Unian.net”ə istinadən verdiyi xəbərə görə, bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M. Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.
Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Xatırladaq ki, Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR