Prezident general və işçiləri ilə bağlı sərəncam imzaladı - SİYAHI

img

12-02-2018 [19:37]


Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

Əliyev Azad Hüseyn oğlu – polkovnik

"Hərbi xidmətlərə görə” medalı ilə

Qarayev Natiq Sahib oğlu – polkovnik

Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu – mayor

Ağayev Rahim Əlifağa oğlu – mayor

Cəfərov Elməddin Qulu oğlu – mayor.

**** 

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovla bağlı sərəncam imzalayıb.

Arzu Yusif oğlu Rəhimov Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR