Dövlət Gömrük Komitəsi seçkiöncəsi sahibkarları niyə incidir?

img

12-02-2018 [15:24]


Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkar və fiziki biznezlə məşğul olmağa çalışan şəxslər şikayət ediblər. 

Şikayətin əsasında onlara qarşı bəzi məmurlar tərəfindən qanunsuz münasibət, səlahiyyətdən sui-istifadədir. Sahibkarların birlik.az saytının elektron ünvanına göndərdikləri səsli mesajın stenoqramasını olduğu kimi sizə çatdırırıq: 
"Yanvar ayının birindən gələn yükləri Bakı Baş Gömrük İdarəsində rəsmiləşdiririk. İndi Bakı Baş Gömrük İdarəsi qalıb bir tərəfdə, Dövlət Gömrük Komitəsi qiymətləri fantastik qaldırır. Karqolarda gələn mallara anlaşıqsız olaraq "STOP" qoyulur. Hal-hazırda Bakı Baş Gömrük İdarəsi bunlara müdaxilə edə bilmir. Biz Bakı Baş Gömrük İdarəsinə şikayət edirik, onlar da bizi göndərir komitəyə. Biz də komitəyə dəfələrlə bildirmişik ki, indi biz 10-15 nəfər gəlirik bura. Sabah minlərlə adam – Binə və Sədərək sahibkarları gəlib tökülüşəcək bura. Burada böyük narazılıq yaranacaq. Onlar da deyir ki, biz başa düşürük, amma bizə belə bir tapşırıq gəlib. Qeyd edək ki, auditin rəisi olan Faiq Seyidov adlı bir nəfərin adı daha çox çəkilir.”

Sahibkarlardan biri isə belə bildirir: "Təkcə bizim karqo sürücülərə təxminən 80 000-100 000 dollar civarında sürücülərə "yatdı pulu” verib. Sürücü gəlib burada 15-20 gün qaldığı üçün onlar günə 100 dollar pul alır. Bu isə pulun kütləvi şəkildə ölkədən çıxması deməkdir.”

Sahibkarlar düşünür ki, onlara qarşı bu cür münasibət seçkiöncəsi sahibkarların narazı salınmasına xidmət edir. Bir informasiya portalı olaraq, bizə də maraqlıdır ki, seçki ərəfəsində sahibkarların Dövlət Gömrük Komitəsi tərəfindən belə kütləvi şəkildə incidilməsi, görəsən, nəyə xidmət edir? Ölkə başçısı dəfələrlə sahibkarlığa dəstək olduğunu, əlaqədar orqanlara sahibkarları incitməmələrini tapşırdığı halda, hələ də ölkədə səahiyyətindən sui-istifadə edən məmurlar var. Lakin sahibkarlar tezliklə məmur özbaşınalığına son qoyulağına ümid edirlər.

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.




Digər xəbərlər
SON XƏBƏRLƏR