Rəsmi Ankaradan ABŞ-a konkret mesaj: "Ya əlaqərimiz düzələcək, ya tam pozulacaq, əgər Menbiçdən çıxmazlarsa..."

img

12-02-2018 [14:33]


Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ABŞ Dövlət katibi Tillersonun Ankaraya rəsmi səfəri ilə bağlı canlı yayımda sualları cavablandırıb.

Mia.az xəbər verir ki, Çavuşoğlu Tillersonun səfəröncəsi ABŞ-a konkret mesajlar verib.

Nazir əvvəlcə ABŞ ordusunun Menbiçdə dəstək verdiyi PYD terrorçuları və bölgədəki vəziyyət haqda danışıb: "Iraq sərhədinə yaxın düzənlik bölgələrdə İŞİD var, lakin PYD/YPG ilə işbirliyini davam etdirmək üçün bəhanə olaraq, oradakı terrorçulara toxunmurlar. Afrindəki PYD/YPG-li terroristlər onlara bağlı olan İŞİD-çiləri həbsdən buraxır. Onları Türkiyə ilə Azad Suriya Ordusuna qarşı savaşa cəlvb edirlər. Biz isə həm havadan, həm də qurudan əməliyyat keçirib, bu terrorçuları təmizləyirik. Əgər ABŞ gərəyini etməzsə,  Menbiç və Fəratın şərqində də əməliyyata başlayacağıq. Əmin olun, Suriya torpaqlarını bu terrorçulardan təmizləyəcəyik. Afrini də Suriya xalqına təslim edəcəyik".

Nazir bundan sonra ABŞ-a çox açıq mesaj verib: "ABŞ-dan gözləntilərimiz açıq və konkretdir. Artıq biz vəd istəmirik, konkret addım istəyirik. Bəlli məsələləri müzakirə etmək üçün itən güvənin təsis edilməsi vacibdir. Türkiyə heç bir dostuna yanlışlıq etməz. Amma ABŞ-dan çox yanlış addımlar gördük. ABŞ bizə verdiyi sözü tutmadı. O üzdən xalqımızın da, dövlətin də onlara güvəninin qalmadığı təbiidir. Artıq söz və vəd zamanı deyil, konkret addımlar olmalıdır. Tillersondan bunu istəyəcəyik. Əlaqələrimiz çox kritik nöqədədir. Ya əlaqələrimizi düzəldəcəyik, ya da tamam pozulacaq".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR