Şriftin ölçüsü / 907 dəfə oxunub

132-134 nömrəli təhsil kompleksindəki hadisə araşdırılır - Dövlət Komitəsi

12 Fevral 2018 [13:32]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 132-134 nömrəli təhsil kompleksində baş verən hadisəyə münasibət bildirib.

Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, təhsil kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi araşdırılır.

Şöbə müdiri bildirib ki, faktla bağlı İşçi qrup yaradılıb və araşdırmalar davam etdirilir: "Uşaqların görüntülərinin bu cür yayılması, onlar ad və soyadlarının açıq şəkildə mətbuat orqanlarında işıqlandırılması onların gələcək həyatlarına təsir göstərə bilər. Xahiş edirik ki, media orqanları bu məsələni nəzərə alsınlar. Media uşaqların ümdə maraqlarını nəzərə alaraq bu məlumatları yaymamalıdır. Çünki uşaqlar qınaq obyektinə çevrilə və intihara cəhd edə bilərlər”.

E. Səfərovun sözlərinə görə, məlum hadisədən sonra məktəblərdə monitorinq işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, ötən ilin dekabr ayında Səbail rayonunda yerləşən 132-134 nömrəli təhsil kompleksinin 11-ci sinif şagirdi C. R. 7-ci sinifdə oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu videoya çəkərək sosial şəbəkələrdə yayıb.

Qızın valideynlərinin şikayət əsasında Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb və C. R. həbs edilib.



SON XƏBƏRLƏR