Qəzaya uğrayan təyyarənin ikinci "qara qutu"su tapıldı

img

12-02-2018 [13:02]


Moskva vilayətinin Ramensk rayonunda qəzaya uğrayan "An-148" sərnişin təyyarəsinin ikinci "qara qutu"su tapılıb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə fövqəladə hallar idarəsindən məlumat verilib.

Radarların məlumatına əsasən, sərnişin təyyarəsi qəzaya uğramadan əvvəl qəflətən yüksəklik itirib. 1800 metr hündürlüyə qalxan təyyarə 600 km/saat sürətlə uçurmuş. Sonradan qəflətən 1500 metrə qədər enib. Pilot təyyarəni əvvəlki hündürlüyə qaldırsa da, sonradan layner qəzaya uğrayıb.

Qeyd edək ki, təyyarədə 71 nəfər olub. Onlardan xilas edilən olmayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR