"İlin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları artacaq" - Elman Rüstəmovdan vəd

img

12-02-2018 [11:59]


"İlin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları artacaq".

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, neftin qiymətinin dəyişməsi valyuta ehtiyatlarının həcminə təsir edir. "Rəsmi ssenariyə, büdcə proqnozlarına, yəni neftin bir barelinin qiymətinin 45 dollar səviyyəsində olacağına əsaslansaq, bu bizə tədiyyə balansının müsbət olacağını vəd edir. Bu da valyuta ehtiyatlarının artımı deməkdir. Artıq yanvar ayından valyuta ehtiyatları 1,8 milyard dollar artıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR