Namiq Məna sədr vəzifəsində ilk tədbirini keçirdi - FOTO

img

12-02-2018 [11:38]


Azərbaycan Yazıçılar Birliyinin (AYB) yeni yaradılan Qubadlı bölməsinin sədri Namiq Məna (Əliyev) Sumqayıt şəhərində rayonun ədəbi camiəsi ilə ilk görüşünü keçirib.

Unikal.org-un məlumatına görə, tədbirdə bölmənin sədri Namiq Məna çıxış edərək ona göstərdiyi etimada görə, rayon rəhbərliyinə, eləcə də AYB-nin rəhbərliyinə təşəkkürünü bildirib və səmərəli fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

N. Məna qeyd edib ki, bölmənin açılmasında əsas məqsəd rayonda fəaliyyət göstərən şair və yazarları bir araya gətirmək, gənc yazarlara dəstək olmaq və onlar arasında ünsiyyəti möhkəmləndirməkdir: "Sədr kimi ilk növbədə məqsədim qələm sahibləri ilə əlaqələrin qurulmasının təmini və sağlam mühitin formalaşdırılmasına nail olmaqdır. Gənc ədiblərin tanıdılmasına, onlara şərait yaradılmasında bölmənin də rolu danılmaz olacaq.”

Vurğulanıb ki, həmçinin bölmənin fəaliyyəti struktur orqanla yazarlar arasında əsas əlaqələndirici mövqe rolunu oynayır.

Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müavini Xoşqədəm Alıyeva çıxış edərək prezident İlham Əliyevin ədəbiyyatımıza göstərdiyi yüksək diqqət və qayğının uğurlu bəhrələrindən söz açıb. X. Alıyeva yeni mədəniyyət mərkəzlərinin, muzeylərin yaradılmasının, tarixi abidələrin təmiri və bərpasının, dahi mütəfəkkir və sənətkarların yubileylərinin keçirilməsinin mədəni və ədəbi həyata zənginlik gətirdiyini, yaradıcı insanlar üçün ədəbi mühitdə geniş imkanlar yaratdığını vurğulayıb.

Digər çıxış edənlər də bildiriblər ki, Azərbaycan ədəbiyyatı ədəbi tariximizin bizə bir əmanətdir.

Qeyd olunub ki, Qubadlı bölməsi bu əmanəti layiqincə qoruyaraq gələcək nəsillərə ötürməyə çalışacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR