İsraildən F-16-ya görə qisas əməliyatı: İranın 4 bazası da vuruldu - Rusiyadan sərt reaksiya, ABŞ-dan isə...

img

11-02-2018 [09:33]


Xəbər verildiyi kimi, dünən İsrail bir F-16-nın Suriya tərəfindən vurulmasına cavab olaraq, Suriyadakı 11 strateji hədəfi bombalayıb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, İsrailin hərəkəti rəsmi Moskvanı qəzəbləndirib.

Belə ki, hadisə ilə bağlı bəyanat verən Rusiya Xarici İşlər Nazirliyi İsrailə mesaj verib və Suriyaya hərbi müdaxilənin qəbuledilməz olduğunu bəyan olunub: "Suriyada bizim hərbçilərimiz də var.  Rusiya əsgərlərinin həyatı və təhlükəsizliyinə yönəlik hərəkətlər qəbuledilməzdir".

Rusiyadan fərqli olaraq isə, ABŞ İsrailin bombardmanına dəstək verib: "İsrailin özünü qorumaq hüququ var".

İsrailin baş naziri Binyamin Netanyahu İranın PUA-sının İsrail ərazisində kəşfiyyat uçuşu keçirdiyini, Suriyanın isə İsrail ərazisini təhdid etdiyini bildirərək, Şamı bombalamalarını bununla əlaqələndirib: "Ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə hər hansı bir aktı cavabsız buraxmayacağıq. İsrailin özünü müdafiə hüququ var və bu istiqamətdə addımımız hər zaman sərt olacaq".

Onu da bildirək ki, İsrailin F-16-nın vurulmasından sonra Tel-Əvivin keçirdiyi əməliyyatla Suriyada məhv edilən 11 hərbi obyektdən 4-nün İrana məxsus hərbi bazalar olduğu da iddia olunur. Bununla yanaşı, İranın  bir PUA-sının da vurulduğu bəyan edilib.

İranın Xarici İşlər Nazirliyi isə İsrailin bi iddialarını rədd edib.

Nazirliyin sözçüsü Bəhram Qasimi deyib ki, İran PUA-sının uçuşu və sionist rejimə məxsus hərbi təyyarənin İran tərəfindən vurulmasına dair  iddialar  yalandır: "Biz Suriyada qanuni hökumətin dəvəti ilə yalnız  məsləhətçiölkə kimi  iştirak edirik. Hər bir müstəqil bir ölkə kimi, Suriya dövlətinin öz ərazi bütövlüyünü  müdafiə etmək hüququ var. İsrail isə yalan məlumat yaymaq və ixtilaflar yaratmaqla regionun müsəlman xalqlarına qarşı təcavüzlərini ört-basdır etmək istəyir”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR