Şriftin ölçüsü / 530 dəfə oxunub

"Heç kimi yaxına buraxmadı,.nə qohum, nə dost, nə qonşunu..." - Evində ölü tapılan xalq artistinin qohumu

09 Fevral 2018 [18:27]
"Zərnigar Ağakişiyeva özünə qapanmışdı".

Bunu APA-nın Şimal bürosuna bu gün vəfat etmiş  xalq artisti Zərnigar Ağakişiyevanın əmisi qızı Ərkinaz Vəliyeva deyib.

O bildirib ki, Z. Ağakişiyeva uzun müddətdir, özünə qapanıb: "Dekabrda yıxılmışdı. Məni köməyə çağırdı. Ona çay verməyimi istədi, verdim. Sonra yaxşı olduğunu deyərək, evdən ayrılmağımı istədi. Mən qalmaq istəyirdim, qoymadı. Keçən ay bir dəfə də belə vəziyyət olmuşdu. Telefonlara cavab vermirdi. Sonra telefonu götürdü, dedi ki, danışmaq istəmir. Onda da həkim briqadası, polis gəlmişdi. Qapını açmadı. Elə bil, bu günü gözləyirdi. Mən müalicə üçün Neftçilər Xəstəxanasını nəzərdə tutmuşdum, amma getmədi. Özünə qapanmışdı. Binanın süpürgəçisi və gözətçi ilə danışırdı. Sonra onları da yaxına buraxmadı”.

Ə. Vəliyeva əlavə edib ki, Z. Ağakişiyeva vəsiyyətinə əsasən, Qubada ata-anasının yanında dəfn olunub: "Sənət dostları onunla maraqlanırdılar, axtarırdılar. Sonuncu dəfə Məleykə Əsədova görüşmüşdü. Sonra nəinki onu, heç kimi yaxına buraxmadı. Nə qohum, nə dost, nə qonşu... Problemləri vardı. Morqda olanda sənət yoldaşları gəldi, Bakıda nəsə etmək istədilər. Dedim ki, vəsiyyət edib, vəsiyyətini yerə sala bilmərəm. Ona görə rayona gətirdik”.

Qeyd edək ki, aktrisa Z. Ağakişiyevanın meyiti bu gecə  yaşadığı evdə tapılıb. 73 yaşlı aktrisa Qubada basdırılıb.


SON XƏBƏRLƏR