“AAAF-da bəzi problemlər yaranmışdı, indi də yaşanır..." - AMADA direktoru

img

08-02-2018 [15:56]


"Azərbaycan Ağır Atletika Federasiyasında dopinqə qarşı çox böyük mübarizə gedir”.

"Report”un məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bu gün təşkil edilən brifinqdə deyib.

 Onun sözlərinə görə, Azərbaycan Ağır Atletika Federasiyası öz üzərinə bəzi öhdəliklər götürüb: "AAAF-da bəzi problemlər yaranmışdı, indi də yaşanır. Onlar bir illik diskvalifikasiya müddətindədirlər. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından bir sıra öhdəliklər götürüblər və yerinə yetirmək istəyirlər. Federasiyada böyük işlər görülür, təlim-məşq toplanışları keçirilir, dopinqə qarşı mübarizə gedir. Fikrimcə, bunun bir nəticəsi olmalıdır”.

Ş.Hüseynli boks üzrə Azərbaycan çempionatında götürlmüş test nümunələrinə də toxunub. O deyib ki, nəticələrin elan edilməsi üçün zamana ehtiyac var: "Hələlik, bu haqda danışa bilmirik. Testlər laboratoriyaya göndərilir və iki həftə ərzində cavablar gəlir. Müsbət nəticə aşkarlanandan sonra dinləmələrə start verilir. Bu, uzun prosesdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR