"Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlardır" - Bozdağdan açıqlama

img

22-01-2018 [22:09]


Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır.

Bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib. "Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq. Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır”, deyə B.Bozdağ qeyd edib.

Onun sözlərinə görə, əməliyyatın ilk üç günü ərzində əvvəl planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb. "Hərbçilərimiz arasında ölən və yaralanan yoxdur”, deyə B.Bozdağ vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR